Son bir ildə Zəngəzurdan köçən ermənilərin sayı AÇIQLANDIbackend

Son bir ildə Zəngəzurdan köçən ermənilərin sayı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir il ərzində Ermənistanın demək olar ki, bütün bölgələrində əhalinin sayı azalıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu barədə məlumatu Ermənistanın “Joğavurd” (“Xalq”) qəzeti yayıb.

Məlumatda bildirilir ki, ən böyük azalma Sünik (Zəngəzur) bölgəsində qeydə alınıb. Son bir ildə Sünikdə əhalinin sayı 1300 nəfıər azalıb. Bundan başqa Lori bölgəsində əhalinin sayı 700 nəfər, Aragatson bölgəsində 200 nəfər, Araratda 100 nəfər, Geqarkunikdə 300 nəfər, Şirak bölgəsində isə 400 nəfər azalıb.

Qeyd olunur ki, 1 yanvar 2020-ci il tarixinə qədər Vayots Dzor bölgəsindəki sakinlərin sayı 17 100 nəfər olduğu halda, 2021-ci ilin eyni dövründə 16 900 nəfər olub. Bu bölgədə sakinlərin sayı 200 nəfər azalıb. Azərbaycanın Qazax rayonu ilə həmsərhəd olan Tavuş bölgəsində sakinlərin sayı 800 nəfər azalıb. “Joğavurd” qəzeti yazır ki, eyni dövrdə paytaxt İrəvanda əhalinin sayının 8 000 nəfər artması onu göstərir ki, insanlar əyalətlərdən paytaxta köçür.