ABŞ qərar verdi: İranda BOMBARDMAN BAŞLAYIR…backend

ABŞ qərar verdi: İranda BOMBARDMAN BAŞLAYIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrana qarşı mümkün hərbi əməliyyatın miqyası və nəticələrinin ölkə tarixində görünməmiş səviyyədə ola biləcəyi bildirilir. Qərb mənbələrinə istinadən yayılan məlumatlara görə, ABŞ və İsrail İranla bağlı diplomatik prosesin faktiki olaraq başa çatdığı qənaətindədir və hərbi ssenari artıq real və qaçılmaz variant kimi dəyərləndirilir.

NOCOMMENT.az xəbər verir ki, Iran International nəşrinin məlumatında vurğulanır ki, hazırda müzakirə edilən əsas məsələ zərbənin olub-olmayacağı deyil, onun nə vaxt həyata keçiriləcəyidir. Mənbənin sözlərinə görə, əməliyyat üçün “imkan pəncərəsi” yaxın günlərdə və ya bir neçə həftə ərzində açıla bilər.

Qeyd olunur ki, planlaşdırılan addımların əsas məqsədi İranın dövlət idarəetmə sisteminə həlledici zərbə vurmaq, hətta onun mümkün çökməsinə nail olmaqdır. Gözlənilən əməliyyatın miqyası və intensivliyi İran tarixində analoqu olmayan səviyyədə qiymətləndirilir.

Məlumata əsasən, Vaşinqton və Təl-Əviv mövcud vəziyyəti “unikal fürsət” kimi dəyərləndirir və ötən ilin iyununda baş vermiş 12 günlük qarşıdurma ilə müqayisədə daha yüksək riskə getməyə hazırdır. İsrailin birbaşa iştirakı isə əməliyyatın həm coğrafiyasını, həm də təsir dairəsini daha da genişləndirə bilər. Mənbə planlaşdırılan hərbi addımları “misilsiz” kimi xarakterizə edib.

Aişə Abdulova