SON DƏQİQƏ: Azərbaycan Ordusu Zəngəzur istiqamətində irəlilədibackend

SON DƏQİQƏ: Azərbaycan Ordusu Zəngəzur istiqamətində irəlilədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusu Zəngəzur (Sünik) istiqamətində irəliləyib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə erməni mediasında yayılan məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib.

Ermənistan MN-dən bildirilib ki, Azərbaycan Ordusunun sərhədlərin dəqiqləşdirilməsi çərçivəsində Qızılcıq (İşxanasar) şəhəri istiqamətdə irəlilədiyi müəyyənləşib. Ancaq Azərbaycan Ordusunun irəlilədikləri yerdə mühəndis işlərini görməsinə etiraz edilib və hazırda vəziyyətin nizamlanması üçün müzakirələr gedir.

Ermənistan MN İşxanasar istiqamətində döyüş getdiyi barədə erməni mediasında yayılan məlumatı təkzib edib və sərhəddə heç bir gərginlik olmadığını bildirib.

Qeyd edək ki, bu gün səhər Gorus merinin müavini İrina Yolyan Azərbaycan Ordusunun İşxanasar istiqamətində Verişen yaşayış məntəqəsi yaxınlığında 3 km irəlilədiyini sosial şəbəkə hesabında paylaşmışdı.