“COVAX platforması çərçivəsində Azərbaycana gətirilən “Vaxzevria” (əvvəlki adı “AstraZeneca”) vaksini adi peyvənd kimi 2-8 dərəcə temperaturda saxlanılır. Ona görə də həmin vaksinin saxlanılması üçün ölkədə kifayət qədər yer və şərait var”.
NOCOMMENT.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov Report-a açıqlamasında deyib.
V.Qasımov qeyd edib ki, vaksinlər ölkədə olduğundan artıq vurulmasına başlanıla bilər.