SON DƏQİQƏ: Bir ayda bu qədər maşın və şəxs Laçın dəhlizi ilə Qarabağa GİRİBbackend

SON DƏQİQƏ: Bir ayda bu qədər maşın və şəxs Laçın dəhlizi ilə Qarabağa GİRİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlıları bir ay ərzində 1000-ə yaxın tranzit avtomobilin Qarabağa hərəkətini təmin edib.

NOCOMMENT.az xəbər verir ki, Rusiya sülhməramlıları bir ay ərzində 1000-ə yaxın tranzit avtomobil və 6800-dən çox insanın Laçın dəhlizi vasitəsi ilə Qarabağa təhlükəsiz giriş-çıxışını təmin edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Rusiya sülhməramlı kontingentinin sözçüsü Dmitri Yemelyanov bildirib ki, 27 müşahidə məntəqəsi Laçın dəhlizində və Qarabağda bütün təmas xətti boyunca yerləşir.

Qeyd edək ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti Qarabağda atəşkəs rejiminə və hərbi əməliyyatlara nəzarət etmək üçün yerləşdirilib və onların qalma müddəti 5 il müəyyənləşdirilib.