SON DƏQİQƏ: Bu hədəflər vurulacaq – QORXUNC SSENARİbackend

SON DƏQİQƏ: Bu hədəflər vurulacaq – QORXUNC SSENARİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail İrana mümkün hücum zamanı İrandakı hərbi bazalarla yanaşı bəzi yüksək səviyyəli kəşfiyyat qurumlarının şəhərciklərini də hədəfə ala bilər. 

NOCOMMENT.az Metbuat.az-a istinadla xəbər verir ki, bu barədə “The New York Times” qəzetində məqalə dərc edilib. Məqalədə deyilir ki, İsrail nüvə obyektlərini hədəfə almaqdansa, hərbi bazaları və bəzi kəşfiyyat qurumlarının kampuslarını vura bilər. Müəllif qeyd edir ki, İranın nüvə obyektləri hələlik İsrailin hədəfi deyil. Bildirilir ki, İsrailin hücumundan sonra İran əks həmlə edərsə, bu halda nüvə obyektləri hədəf seçilə bilər.

Qeyd edək ki, İsrail mediası iddia etmişdi ki, Təl-Əvivin hədəfləri arasında İranın neft və nüvə obyektləri, o cümlədən İran lideri Ayətullah Əli Xameneinin Tehrandakı iqamətgahı, Prezident aparatı və Baş Qərargaha bağlı qurumlar yer alır.