SON DƏQİQƏ: Ermənistan XİN başçısı istefa verdibackend

SON DƏQİQƏ: Ermənistan XİN başçısı istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan vəzifəsindən istefa verib.

NOCOMMENT bildirir ki, bu barədə məlumatı Sputnik Armenia yayıb. Baş nazir Nikol Paşinyan Z.Mnatsakanyanın istefa ərizəsini qəbul edib.

N.Paşinyan deyib ki, XİN başçısının işdən azad edilməsinə səbəb 2018-ci ildən başlayaraq danışıqlar prosesinin faktiki olaraq torpaqların təhvil verilməsi istiqamətində getməsidir. O qeyd edib ki, danışıqlarda nəinki ətraf rayonların, hətta Şuşanın Azərbaycana qaytarılması məsələsi də müzakirə olunub.