SON DƏQİQƏ: Gədəbəydə kişinin güllələnməsinin təfərrüatı məlum olub – YENİLƏNİBbackend

SON DƏQİQƏ: Gədəbəydə kişinin güllələnməsinin təfərrüatı məlum olub – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gədəbəy rayonunda 31 yaşlı kişinin hansı şəraitdə xəsarət aldığı məlum olub.

NOCOMMENT.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, Gədəbəy rayon Miskinli kənd sakinləri, 1978-ci il təvəllüdlü Qamət Şahmalı oğlu Fatullayev və həmyerlisi, 1990-cı il təvəllüdlü Elnur Qurban oğlu Tağıyev birlikdə dovşan ovuna gediblər.

Ov zamanı Q.Fatullayevin əlində olan ov tüfəngindən ehtiyatsızlıqdan açılan güllə E.Tağıyevin ayağına dəyib. Yaralı Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.