SON DƏQİQƏ: İki təyyarə havada toqquşdubackend

SON DƏQİQƏ: İki təyyarə havada toqquşdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvanda dəhşətli qəza baş verib.

NOCOMMENT.az xəbər verir ki, orduya məxsus iki F-5E döyüş təyyarəsi havada toqquşub. Məlumata görə, Sakit okeanı üzərində baş verən qəzadan bir neçə saniyə əvvəl pilotlar katapult edib. Onlardan biri quruya düşməyi bacarıb. Digəri itkin düşüb.

Bildirilir ki, 4 təyyarə təlim məqsədilə havaya qalxıb. Onlardan 2-si havaya qalxandan bir neçə dəqiqə sonra naməlum səbəbdən bir-birilə toqquşub. Təyyarələrin qalıqlarının bir hissəsi quruya səpələnib. Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, bir müddət əvvəl Tayvan ordusuna məxsus F-5E təyyarəsi və hərbi helikopter qəzaya uğramışdı.
Mətbuat.az