SON DƏQİQƏ: NATO Türkiyədə müdafiəni gücləndirdi – VİDEObackend

SON DƏQİQƏ: NATO Türkiyədə müdafiəni gücləndirdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə hava məkanında İran raketlərinin ardıcıl şəkildə zərərsizləşdirilməsindən sonra ölkənin müdafiə tədbirləri gücləndirilib.

NOCOMMENT.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi Malatyaya Patriot hava hücumundan müdafiə sisteminin yerləşdirildiyini açıqlayıb.

Nazirliyin məlumatına görə, bölgədə artan gərginlik fonunda NATO ilə birgə hava və raketdən müdafiə tədbirləri genişləndirilib.

MSB: Malatya'ya Patriot hava savunma sistemi konuşlandırıldı

Açıqlamada bildirilib ki, Türkiyə Silahlı Qüvvələri ölkənin və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi addımları atır:

“Türkiyə Silahlı Qüvvələri ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etməyə tam sadiqdir. Bölgəmizdə baş verən son hadisələr fonunda sərhədlərimizin və hava məkanımızın təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür və NATO ilə müttəfiqlərimizlə məsləhətləşmələr aparılır. Gördüyümüz milli tədbirlərə əlavə olaraq, NATO hava və raketdən müdafiə tədbirlərini artırıb. Bu çərçivədə hava məkanımızın qorunmasını dəstəkləmək üçün təyin olunmuş Patriot sistemi Malatyada yerləşdirilir”.

Nazirlik həmçinin vurğulayıb ki, Türkiyə müdafiə və təhlükəsizlik imkanlarını ən yüksək səviyyədə saxlamağa davam edəcək və NATO müttəfiqləri ilə koordinasiyanı gücləndirəcək.

MSB: Malatya'ya Patriot hava savunma sistemi konuşlandırıldı

Nə baş verib?

ABŞ–İsrail və İran arasında davam edən 11 günlük münaqişə fonunda Türkiyə hava məkanında iki İran raketi zərərsizləşdirilib.

Məlumata görə, birinci raketin parçaları Hatay vilayətinə düşüb, ikinci raket isə Qaziantep ərazisində yerə düşüb. Hadisələrdən sonra Türkiyə rəsmiləri İran hakimiyyəti ilə əlaqə saxlayaraq rəsmi xəbərdarlıq edib.

Azad İMANLI
NOCOMMENT.az