SON DƏQİQƏ: Naxçıvan istiqamətində ordumuzun mövqeləri atəşə tutulubbackend

SON DƏQİQƏ: Naxçıvan istiqamətində ordumuzun mövqeləri atəşə tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 2-də saat 3 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.