SON DƏQİQƏ: Operativ Qərargah YENİ QƏRARLAR VERDİ – BUNDAN SONRA…backend

SON DƏQİQƏ: Operativ Qərargah YENİ QƏRARLAR VERDİ – BUNDAN SONRA…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti yanında Operativ Qərargah daha 3 növ üzrə Azərbaycan milli komandalarına məşq icazəsi verib.

Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, qrapplinq və həndbol üzrə kişilərdən ibarət yığmaların, həmçinin voleybol üzrə kişi və qadınlardan ibarət milli komandaların təlim-məşq toplanışları üçün razılıq alınıb: “Bu idman növlərinin qarşıda beynəlxalq yarışları nəzərdə tutulur. Nazirlik olaraq Operativ Qərargaha müraciət etmişik. Qərargah da onların hazırlıq prosesinə icazə verib”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah daha əvvəl futzal millisinə qapalı məkanda məşq və oyun üçün icazə vermişdi.