SON DƏQİQƏ: Ordumuz Şuşa istiqamətində ermənilərin təxribatını önlədibackend

SON DƏQİQƏ: Ordumuz Şuşa istiqamətində ermənilərin təxribatını önlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 8-i saat 19:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə  “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.