SON DƏQİQƏ: Paşa Sığorta AzTV-ni məhkəməyə verdi – AÇIQLAMAbackend

SON DƏQİQƏ: Paşa Sığorta AzTV-ni məhkəməyə verdi – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşa Sığorta şirkəti AzTV-ni məhkəməyə verib.

NOCOMMENT xəbər verir ki, bu barədə konkret.az-a etibarlı mənbədən məlumat daxil olub.

Belə ki, Paşa Sığorta şirkəti cavabdeh tərəf olan Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə qarşı iddia qaldırıb.

Qeyd edək ki, məhkəmə iclası aprel ayının 21-ə təyin olunub. İşə Sabunçu Rayon Məhkəməsinin hakimi Həqiqət Mahmudova baxacaq.

Məlumat üçün bildirək ki, tərəflər arasında sığorta müqaviləsi üzrə mübahisə məhkəmə predmeti yaradıb. Belə ki, subroqasiya (sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir.) qaydasında pul tələbi ilə bağlı mübahisənin yaranması Paşa Sığorta şirkətinin AzTV-ni məhkəməyə verməsi ilə nəticələnib.

Məsələ ilə bağlı AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nərgiz Rəfiyeva açıqlamasında, bu barədə heç bir məlumatlarının olmadığını bildirib.