Nərimanov rayonu, Heydər Əliyev prospekti, əsas yolda avtomobillərin birində yanğın baş verib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən NOCOMMENT.az -a verilən məlumatda bildirilib ki, həm bu, həm də bəzi sürücülərin hadisə yerinə baxması səbəbindən prospektin hər iki istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis və digər qurumların əməkdaşları hadisə yerindədir və yaranan nəqliyyat sıxlığının aradan qaldırılması üçün tədbirlər görülür.














