SON DƏQİQƏ: Putin Azərbaycan və Ermənistan XİN rəhbərlərini Moskvaya dəvət etdibackend

SON DƏQİQƏ: Putin Azərbaycan və Ermənistan XİN rəhbərlərini Moskvaya dəvət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliklərinin (XİN) rəhbərlərini Qarabağ məsələsində danışıqların aparılması məqsədilə Moskvaya dəvət edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi məlumat verib.

“Prezident İlham Əliyev və Nikol Paşinyanla silsilə telefon danışıqlarından sonra Rusiya Prezidenti Qarabağda gedən döyüşləri humanitar yanaşma ilə həlak olanların cəsədlərinin və əsirlərin dəyişdirilməsi məqsədilə dayandırmağa çağırıb.

Bu istiqamətdə məşləhətləşmələrin aparılması məqsədilə Rusiyanın XİN rəhbərinin vasitəçiliyi ilə hər iki ölkənin xarici işlər nazirləri oktyabrın 9-da Moskvaya dəvət olunub”, – deyə məlumatda bildirilir.