SON DƏQİQƏ: Qarabağda humanitar ATƏŞKƏS ELAN EDİLDİ – VİDEObackend

SON DƏQİQƏ: Qarabağda humanitar ATƏŞKƏS ELAN EDİLDİVİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvadakı məsləhətləşmələrin ardından ortaq sənəd qəbul ediblər.

NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya XİN rəhbəri Sergey Lavrov məlumat verib.

2020-ci il oktyabrın 10-u saat 12:00-dan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyarlarına uyğun və vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin, eləcə də həlak olanların meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur:

“Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq”.