İsrailin Qəzzaya hücumları nəticəsində son 24 saatda 66 nəfər ölüb, 265 nəfər yaralanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
İsrailin martın 18-də atəşkəs razılaşmasını pozmasından bəri Qəzzada ölənlərin sayı 13 min 486-ya, yaralananların sayı isə 57 min 389-a çatıb. 7 oktyabr 2023-cü ildən bu günə qədər Qəzzada ümumi itki 67 min 74-ə, yaralıların sayı isə 169 min 430-a çatıb.
Nazirliyin açıqlamasına görə, son 24 saatda yardım paylanması zamanı həyata keçirilən hücumlar nəticəsində isə 6 nəfər ölüb, 40 nəfər yaralanıb. Bununla da “yardım fəaliyyətləri”ndə ölənlərin sayı 2 min 603-ə, yaralananların sayı isə 19 min 94-ə yüksəlib.