SON DƏQİQƏ: Rusiya Qazaxıstana yeni hərbi qüvvə göndərirbackend

SON DƏQİQƏ: Rusiya Qazaxıstana yeni hərbi qüvvə göndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyi KTMT sülhməramlı qüvvələrinin Rusiya kontingentinin Qazaxıstana köçürülməsini davam etdirir.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu nazirliyin mətbuat xidməti bildirib.

Hazırda hərbçilər Moskva, İvanovo, Ulyanovsk vilayətlərindəki aerodromlardan respublikaya göndərilməyə hazırlanırlar. İndi Rusiya Hava Desant Qüvvələrinin bölmələri texnika və silahları hərbi təyyarələrə yükləyir.

“Əvvəlki transferlər KTMT sülhməramlı qüvvələrinin Rusiya kontingentinin hava-desant qoşunları “Çkalovski”, “İvanovo-Severnıy” və “Ulyanovsk-Vostoçnıy” yükləmə aerodromlarında yerləşdirilmişdi”, – deyə məlumatda bildirilib.

Nazirlik onu da bildiirb ki, əvvəllər Qazaxıstana gəlmiş bir qrup hərbçi qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə başlayıb.

Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin tərkibindən Rusiya sülhməramlılarının ilk bölmələri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciəti əsasında yanvarın 6-da Qazaxıstana gəlib.

Rusiya sülhməramlılarının hərəkətlərini Hava Desant Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukov idarə edəcək.