Rusiya Hərbi Hava Qüvvələrinə məxsus İl-76 tipli hərbi-nəqliyyat təyyarəsi bazar günü Kubada yerləşən hərbi aerodroma eniş edib.
NOCOMMENT.az xəbər verir ki, sözügedən təyyarə San-Antonio-de-los-Banyos hərbi hava bazasına – paytaxt Havanadan təxminən 30 mil cənubda yerləşən aerodroma enib. Təyyarə ABŞ sanksiyaları altında olan Rusiya şirkəti Aviacon Zitotrans tərəfindən idarə olunur.
Bu İl-76 təyyarəsi daha əvvəl Rusiya, Mavritaniya və Dominikan Respublikasında dayanacaqlar edib. Həmin hava gəmisi bundan əvvəl də hərbi texnika daşımaq üçün Venesuelaya uçuşlar həyata keçirib. Kanalın iddiasına görə, bu reyslər ABŞ-ın Karakasa təzyiqlərinin artdığı dövrlərlə üst-üstə düşüb və sonradan Venesuela prezidenti Nikolas Maduronun ABŞ qüvvələri tərəfindən ələ keçirilməsi ilə əlaqələndirilib.
Məlumatda qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp son həftələr Vaşinqtonun Kubaya qarşı siyasətini kəskin şəkildə sərtləşdirib. O, ötən cümə axşamı ölkədə fövqəladə vəziyyət elan edərək bildirib ki, Kuba hökuməti ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasət maraqları üçün “qeyri-adi və fövqəladə təhdid” yaradır.
Hadisə ABŞ–Kuba münasibətlərində gərginliyin artdığı bir dövrdə baş verib və regionda yeni geosiyasi suallar doğurub.
Sara













