SON DƏQİQƏ! Santuş millidən qovuldubackend

SON DƏQİQƏ! Santuş millidən qovuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DÇ-2026-nın seçmə mərhələsinin ilk oyununda İslandiya millisinə səfərdə 0:5 hesabı ilə məğlub olan Azərbaycan seçməsinin baş məşqçisi Fernandu Santuşun vəzifəsindən ayrılacaq.

NOCOMMENT.az oxu.az-a istinadla xəbər verir ki, portuqaliyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam veriləcək.

Xatırladaq ki, Fernandu Santuş 2024-cü ildən Azərbaycan millisini çalışdırır.

3+1 illik müqavilə imzalanan baş məşqçi Azərbaycan millisindən sözləşməsi başa çatmayacağı təqdirdə ayrılarsa, geri qalan hər ili üçün bir milyon avro təzminat alacaq.

Qeyd edək ki, Azərbaycan millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində növbəti oyununa sentyabrın 9-da çıxacaq. Seçmə komandamız Ukrayna millisini qəbul edəcək.