SON DƏQİQƏ: SOCAR-ın işçisi həbs edildibackend

SON DƏQİQƏ: SOCAR-ın işçisi həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus geoloji kəşfiyyat qayığında baş verən partlayışla bağlı bir nəfər həbs edilib.

NOCOMMENT.az xəbər verir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, qayığa məhsul şəxs Məhub Əli oğlu Əliyev həbs edilib. İttihama görə, 29 oktyabr 2019-cu il tarixində saat 13 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib.

Nəticədə Şirkətin əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub. Hadisə yerində olan Şirkətin əməkdaşları Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qeyd edək ki, partlayıcı maddələr dəniz seysmik kəşfiyyat işlərində geniş istifadə olunur və daşınma müddətində tam təhlükəsiz vəziyyətə gətirilir. Gürgan istiqamətində seysmik kəşfiyyat işləri yeni qazılacaq quyuların yerinin dəqiqləşdirilməsi üçün aparılmalı idi.

Hadisənin başvermə səbəblərini müəyyən etmək üçün müvafiq komissiya yaradılıb.

İstintaq araşdırması zamanı Məhbub Əliyev təqsirli bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma – eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. Məhbub Əliyevin barəsində olan cinayət işi baxılması üçün Pirallahı rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Əkrəm Qəhrəmanovun icraatına verilib. Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 19-na təyin olunub.