SON DƏQİQƏ: Türkiyə Sİlahlı Qüvvələri yeni hərbi əməliyyatlara başladılarbackend

SON DƏQİQƏ: Türkiyə Sİlahlı Qüvvələri yeni hərbi əməliyyatlara başladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı Qüvvələri Batman və Diyarbəkir bölgələrində “İldırım-14 Zori” anti-terror əməliyyatlarına başlayıb.

NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyatlar separatçı terror təşkilatlarının qışdan əvvəl hərəkat qabiliyyəti və sığınacaq axtarışlarının qarşısını almaq, ölkə daxilindəki əlaqələrini aradan qaldırmaq və bu qabiliyyətini bird aha əldə edə bilməməsini təmin etmək, ölkə daxilindəki terror ünsürlərini bitirmək məqsədilə həyata keçirilir.

Hərəkata Jandarm Komando, Jandarm Xüsusi Hərəkat, Xüsusi Polis Qüvvələri və Təhlükəsizlik Mühafizəsindən 1 451 hərbçi qatılıb.

Qeyd edək ki, 13 iyul 2020-ci ildən bəri aparılan “İldırım” silsilə əməliyyatları çərçivəsində 137 terrorçu zərərsizləşdirilib, 74 partnyorları saxlanılıb, 234 mağara, sığınacaq və anbar məhv edilib.