SON DƏQİQƏ: Türkiyədə baş verən qəzada həmvətənlərimiz öldülərbackend

SON DƏQİQƏ: Türkiyədə baş verən qəzada həmvətənlərimiz öldülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Trabzon şəhərinin Of rayonunda ağır yol qəzası baş verib.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, hadisə Of-Çaykara avtomobil yolunda qeydə alınıb. Azərbaycan vətəndaşı Fariz Farizovun idarə etdiyi avtomobil idarəetməni itirərək elektrik dirəyinə çırpılıb və yanmağa başlayıb.

Hadisə nəticəsində avtomobildə olan və çay plantasiyasında işləyən 3 azərbaycanlı yanaraq ölüb, sürücü isə yanıq xəsarətləri ilə Of Dövlət Xəstəxanasına çatdırılıb.

Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.