SON DƏQİQƏ: Türkiyəyə məxsus şəxsi təyyarə İrəvana enib – FOTObackend

SON DƏQİQƏ: Türkiyəyə məxsus şəxsi təyyarə İrəvana enib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrin erməni seqmentində yayılan xəbərlər Ermənistan cəmiyyətini əməlli-başlı şoka salıb.

NOCOMMENT konkret-ə istinadən xəbər verir ki, yayılan məlumatlarda Türkiyəyə məxsus şəxsi təyyarənin İrəvana endiyi əks olunub.

Bu təyyarənin kimə məxsus olduğu və Ermənistana hansı məqsədlə uçduğu haqda heç bir məlumat yoxdur.

Qeyd edək ki, bu məsələ sosial şəbəkələrin erməni seqmentində ciddi rezonans doğurub və geniş müzakirələrə səbəb olub.

Ermənilər Türkiyəyə məxsus təyyarənin İrəvana eniş etməsini biabırçılıq adlandırıblar.

NOCOMMENT-in əldə etdiyi məlumata görə, təyyarə Cessna 560XLS modelidir. Bu gün 1 saat 16 dəqiqəyə Anakaradan İrəvana çatıb. Hazırda geri qayıdır və səmadadır…