SON DƏQİQƏ: Ukrayna ordusu bu kəndi NƏZARƏTƏ GÖTÜRDÜbackend

SON DƏQİQƏ: Ukrayna ordusu bu kəndi NƏZARƏTƏ GÖTÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna Silahlı Qüvvələri (AFU) Donbassda təmas xəttində yerləşən Staromarevka kəndini nəzarətə götürüb və orada nəzarət-buraxılış məntəqələrini yaradıb.

NOCOMMENT.az TASS-a istinadla xəbər verir ki, bu barədə şənbə günü jurnalist və Ukraynanın “Цензор.нет” nəşrinin baş redaktoru Yuri Butusov məlumat verib.

“”Холодный Яр” 93-cü mexanikləşdirilmiş briqadasının əsgərləri Staromarevka kəndini tam nəzarətə götürdü”, – o, “Facebook” səhifəsində yazıb.

Jurnalist həmçinin Ukrayna Silahlı Qüvvələrinin nümayəndələrinin yol nişanı üzərində Ukrayna bayrağını qaldırdığı videonu qəsəbəsinin adı ilə paylaşıb.

Ukrayna hərbçilərinin Donbassdakı hərbi əməliyyatının komandanlığından hələlik rəsmi şərhlər alınmayıb.

Butusov onu da bildirib ki, hərbçilər müdafiə mövqeləri üçün nəzarət-buraxılış məntəqəsi yaradıblar. O, kəndin insan tələfatı olmadan nəzarətə götürüldüyü barədə də açıqlama verib.
Publika.az