SON DƏQİQƏ! Venesuelada müxalifət liderindən Trampa təşəkkür – HƏRƏKƏTƏ KEÇDİLƏRbackend

SON DƏQİQƏ! Venesuelada müxalifət liderindən Trampa təşəkkür – HƏRƏKƏTƏ KEÇDİLƏR 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela müxalifətinin lideri, 2025-ci il Nobel Sülh Mükafatı laureatı Maria Korina Maçado ABŞ-nin Venesuela ərazisinə endirdiyi zərbələri dəstəkləyib.

NOCOMMENT.az xəbər verir ki, Maria Korina Maçado ölkədə hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə müxalifətin dövlət idarəçiliyini üzərinə götürməyə tam hazır olduğunu bəyan edib.

O bildirib ki, müxalifətin alternativ hökumət modelininə idarəetmə planları – ilk 100 saat üçün fövqəladə tədbirlər planı, ilk 100 gün üçün isə iqtisadi, sosial və təhlükəsizlik sahələrini əhatə edən yol xəritəsi hazırdır.

Maria Korina Maçado vurğulayıb ki, Venesuelada mövcud böhran yalnız siyasi deyil, həm də humanitar və institusional böhrandır və bu vəziyyətdən çıxış üçün ölkənin legitim, xalqın iradəsinə söykənən rəhbərliyə ehtiyacı var.

Qeyd edək ki, Maçado açıqlamasında ölkə xalqı adından Donald Trampa təşəkkür edib.

“Biz Venesuela xalqı ona və onun administrasiyasına çox minnətdarıq, mən onu bu yarımkürədə azadlığın müdafiəçisi hesab edirəm”, – “CBS News” müxalifət liderindən sitat gətirib.

Korina Maçado həmçinin bildirib ki, o, ABŞ liderinin Latın Amerikası üzrə bütün strategiyasını dəstəkləyir.