Son günlər Naxçıvan–Bakı istiqamətində həyata keçirilməsi nəzərdə tutulan bir sıra uçuşlar xüsusən də axşam saatlarına planlaşdırılan reyslərin təxirə salınmasının səbəbi açıqlanıb.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinxən NOCOMMENT.az -a verilən açıqlamada bildirilib ki, bu qərara səbəb hava şəraitidir.
Bildirilir ki, Azərbaycan Hava Yollarının Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bir sıra reyslərinin uçuşu Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində əlverişsiz hava şəraiti səbəbindən təxirə salınır.
Ləğv edilən biletlərin ödənişlərinin 1 ay sonra qaytarılması məsələsinə isə, qurumdan belə cavab verilib:
“Biletlərin tarixini dəyişmək olar. Ödənişin qaytarılması isə müəyyən qayda əsasında həyata keçirilir. AZAL-ın həyata keçirdiyi prosedurla yanaşı bank məsələsi də var. Əksər hallarda ödənişlər onlayn formada bank kartları ilə həyata keçirilir. Bu zaman bank proseduru da olduğu üçün ödənişlərin geri qaytarılmasında bu müddəti formalaşdırır”.
***09:50
Son günlər Naxçıvan–Bakı istiqamətində həyata keçirilməsi nəzərdə tutulan bir sıra uçuşlar, xüsusən də axşam saatlarına planlaşdırılan reyslər təxirə salınır.
NOCOMMENT.az xəbər verir ki, artıq bu vəziyyət kütləvi hal alıb və sərnişinlər arasında narazılıq yaradıb. Məlumata əsasən, reyslərin gecikməsi səbəbindən ləğv edilən biletlərin ödənişləri sərnişinlərə yalnız bir ay sonra geri qaytarılır.
Bu isə həmin vətəndaşların yenidən bilet almasında əlavə çətinlik yaradır və prosesi daha da uzadır.










