Son iki gündə sürücülərə tətbiq olunmuş cərimələr ləğv olunmalıdır – Vəkil Anar Qasımlıbackend

Son iki gündə sürücülərə tətbiq olunmuş cərimələr ləğv olunmalıdır – Vəkil Anar Qasımlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu zaman bəzi narahatlıq doğuran məqamlar da vurğulanmalıdır ki, vətəndaş-polis münasibətlərində narazılıq və gərginlik olmasın.

Vəkil Anar Qasımlı
Vəkil Anar Qasımlı

NOCOMMENT.az xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış hüquqşünas Anar Qasımlı bildirib.

Anar Qasımlının sözlərinə görə, karantin rejimi tətbiq olunandan bəri Bakı-Abşeron-Sumqayıt ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmayıb.

“Nazirlər Kabinetinin 2 aprel tarixli qərarı ilə nəzərdə tutulmuş məhdudiyyətlər isə, aprelin 5-i saat 00:00-dan qüvvəyə minir. Bu, o deməkdir ki, 5 aprel saat 00-00-dək şəxsi nəqliyyat vasitəsilə Bakı-Abşeron-Sumqayıt ərazisində hərəkət edən şəxslərə münasibətdə, əgər həmin şəxslərin 65 yaşı tamam olmayıbsa, İXM-nin 211-ci maddəsi ilə cərimə yazıla bilməz. Ümumiyyətlə, məhdudiyyət avtomobilə tətbiq olunmur, avtomobilin sürücüsünə və sərnişinlərinə tətbiq olunur. Başqa sözlə, aprelin 5-i saat 00:00-dan etibarən şəxsi avtomobillərdə hərəkət edən və buna icazəsi olmayan sürücülər və sərnişinlər karantin rejimini pozduğuna görə cərimələnə bilərlər. Hərəkət etmək icazəsi olanlar isə, buna görə cərimələnə bilməzlər”, – deyə hüquqşünas bildirib.

A.Qasımlı həmçinin bildirib ki, dünən və bu gün qeyd olunan əsasla sürücülərə tətbiq olunmuş cərimələr ləğv olunmalı, sabah, yəni aprelin 4-ü də tətbiq olunmamalı, aprelin 4-dən 5-nə keçən gecə saat 00:00-dan etibarən tətbiq olunmalıdır.

“Hesab edirəm ki, DİN rəhbərliyi aprelin 5-dək yazılmış cərimələrin ləğv olunması istiqamətində təcili addımlar atmalı, ictimaiyyəti məlumatlandırmalıdır”, – deyə A.Qasımlı əlavə edib.