Son iki həftədə BakuBus-ın ikinci avtobusu yandıbackend

Son iki həftədə BakuBus-ın ikinci avtobusu yandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saat 6 radələrində 88A nömrəli müntəzəm marşrut xətti üzrə 99 JH 038 dövlət qeydiyyat nişanlı avtobusda yanğın hadisəsi olub.

Bu barədə NOCOMMENT-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Hadisə avtobus başlanğıc dayanacaq məntəqəsindən depoya qayıdan zaman baş verib. Belə ki, avtobusda texniki nasazlıq hiss edən sürücü depoya qayıtmaq istəyib. Avtobus boş olub və xəsarət alan yoxdur.

Yanğının səbəbləri araşdırılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, bu, son 15 gündə BakuBus avtobuslarında baş verən sayca ikinci yanğın hadisəsidir.