Son iki ildə qeydə alınan intiharların sayı açıqlanıbbackend

Son iki ildə qeydə alınan intiharların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son iki ildə Azərbaycanda qeydə alınan intihar və özünü öldürməyə cəhd hadisələri üzrə statistika açıqlanıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu, “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

Sənədə əsasən, 2019-2020-ci illərdə ölkədə 1 182 intihar 1 830 intihara cəhd hadisəsi baş verib.

Belə ki, özünü öldürən şəxslərin sayı 2019-cu ildə 585 olubsa, bu rəqəm keçən il 597 olub: “Özünü öldürməyə cəhd edən şəxslərin sayına gəlincə, bu 2019-cu ildə 863 nəfər olub. Keçən il isə 967 nəfər intihara cəhd edib”.

Bildirilib ki, kişilər arasında intihar halları qadınlara nisbətən daha çox baş verir.