Son qoymalıyıq, Azərbaycana qarşı bunu etməməliyik – Simonyandan etirafbackend

Son qoymalıyıq, Azərbaycana qarşı bunu etməməliyik – Simonyandan etiraf

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Heç kim demir ki, Azərbaycan və Türkiyə bizə düşmənçilik etmir, amma biz də qonşu ölkələrə qarşı eyni şəkildə düşmənçilik etdiyimizi də qeyd etməliyik. Yaxşı, problemi necə həll edək? Biz ölkəmizi obyektiv səbəblərdən hazır olmadığı və hazır ola bilmədiyi sonrakı hadisələrdən sığortalamaq istəyirik”.

NOCOMMENT.az ölkə.az-istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan parlamentdə çıxışı zamanı deyib.

“Müharibədən sonra yaranan bir reallıq var. Mən tez-tez demişəm ki, müxalifətin işləmə tərzi ilə sərhəddə baş verənlər üst-üstə düşür. Mən bunda bir əlaqə görürəm, amma indi o fərziyyədən uzaqlaşmaq istəyirəm. Biz elə bir vəziyyətə düşə bilərikmi ki, bu vəziyyətdən sui-istifadə edirlər və biz bunu hiss etmirik? Mən təkcə Türkiyə və Azərbaycandan danışmıram. Bir də ki, bizim səhvlərimiz, xətalarımız var. Buna son qoyulmalıdır … Bundan nə qazanacağıq?”, – deyə o bildirib.