Son sutkada rus işğalçıların İTKİLƏRİbackend

Son sutkada rus işğalçıların İTKİLƏRİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri ötən gün rusların 12 hücumunun qarşısını alıb, 5 artilleriya sistemini, 5 piyadaların zirehli döyüş maşınını və 5 avtomobilini məhv edib.

NOCOMMENT xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələri son sutkada Rusiyanın “Ka-52” helikopterini, “Orlan-10” tipli PUA-sını və Çernovtsk vilayətində Rusiyanın qanadlı raketinin məhv edib.

Məlumata görə, Rusiyanın ilhaq etdiyi Krım yarımadasından Zaporoje istiqamətində canlı qüvvə və hərbi texnika göndərilir.

Rəsmi informasiyaya əsasən, Qara və Azov dənizlərində Rusiya gəmiləri Ukraynaya məxsus mülki su nəqliyyatı vasitələrini blokadada saxlamaqda davam edir.