“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında 18 yaşı tamam olmuş, görmə məhdudiyyəti olmayan, narkotik asılılığı olmayan şəxslər sürücülük vəsiqəsi ala bilərlər. Şəxslər sürücülük vəsiqəsini imtahan verməklə əldə edə bilərlər.
Mövzu ilə bağlı NOCOMMENT.az-a nəqliyyat eksperti Aslan Əsədov danışıb.
“Hər bir şəxs sürücülük vəsiqəsi əldə etməzdən öncə yol hərəkəti qaydaları ilə tanış olmalı və bu qaydaları mənimsəməlidir.
Son zamanlar avtomobil qəzalarının sayı artmaqdadır və bunun əsas səbəblərindən biri kimi sürət həddinin aşılmasını göstərə bilərik. Sürət həddinin aşılması kimi problemlər istər bölgələrdə, istərsə də şəhərdə hər zaman qaçılmazdır.
Nəinki bölgələrdə hətta, şəhərdə də baş verən avtomobil qəzalarının əsas səbəbləri kimi, birinci növbədə sürət həddinin aşılması dayanır. Bunun üçün də avtomobili idarə edən şəxs sürət həddini hər zaman nəzarətdə saxlamalıdır.
Artmaqda olan yol qəzalarının sayının azaldılması üçün ilk növbədə sürət həddinə nəzarət edilməlidir. Xüsusən də gecə vaxtı işıqlandırılmayan avtomobil yollarında işıqlandırmalar təmin olunmalıdır”.
Aişə Abdulova