Sonuncu “AÇAR ŞƏHƏR” Rusiyanın nəzarətinə keçdibackend

Sonuncu “AÇAR ŞƏHƏR” Rusiyanın nəzarətinə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hökumətinin Donbas üçün açar hesab etdiyi Severodonetsk şəhəri Rusiya ordusunun nəzarətinə keçib.

NOCOMMENT.az xəbər verir ki, bununla da Kiyev Luqansk vilayətində nəzarəti itirdi.

Qeyd edək ki, mayın əvvəlindən Severodonetsk şəhərinin müdafiəsinə qalxan Ukrayna ordusu şəhərdən geri çəkilmək qərarına gəldiyini açıqlayıb.

Donbasdakı Luqansk vilayətinin fövqəladə vəziyyət qubernatoru (OVA) Sergey Qayday geri çəkilmə qərarını açıqlayarkən, “Severodonetsk şəhərini düşmənə təhvil verməmək üçün daha müqavimət göstərməyimizin mənası yoxdur” – deyə bildirmişdir.

Tərcümə: Jalə Bədirova