SORĞU: Almanlar artıq Almaniyada qaçqın qəbul etmək istəmirlərbackend

SORĞU: Almanlar artıq Almaniyada qaçqın qəbul etmək istəmirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada qaçqınların qəbuluna skeptisizm artıb, çünki vətəndaşların əksəriyyəti limitin keçdiyinə inanır və immiqrasiyanın mənfi nəticələrindən narahatdırlar.

NOCOMMENT.az xəbər verir ki, bu, Almaniyanın Stern jurnalında dərc olunan Bertelsmann Fondunun araşdırmasının nəticələrindən irəli gəlir.

“Sorğuya görə, qaçqınların sayının artması, enerji böhranı və inflyasiya kimi çətin şərtlər səbəbindən immiqrasiyaya şübhə və mənfi nəticələr qorxusu xeyli artıb. Almanların bir çoxu əlavə rifah xərcləri, məktəblərdəki problemlər və mənzil çatışmazlığından getdikcə daha çox narahat olur”,- deyə məlumatda bildirilir.

Belə ki, 2021-ci ildə respondentlərin cəmi 36%-i Almaniyanın artıq qaçqın qəbul etməməli olduğuna inanırdısa, bu gün vətəndaşların 60%-i bu fikri bölüşür.