Sorğu: Harris seçici dəstəyinə görə Trampı 1 faiz qabaqlayırbackend

Sorğu: Harris seçici dəstəyinə görə Trampı 1 faiz qabaqlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris ilk dəfə Miçiqan ştatında Respublikaçı rəqibi Donald Trampdan 1% üstünlük əldə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rasmussen Reports sosioloji şirkəti məlumat yayıb.

Əgər seçki noyabrın 2-də keçirilsəydi, Miçiqan ştatında seçicilərin 49%-i Harrisi, 48%-i isə Trampı dəstəkləyəcək, şirkət telefon və onlayn sorğunun nəticələrini paylaşıb.

“Bir faiz başqa namizədə səs verəcəyini bildirib, iki faiz isə qərarsızdır”, – deyə nəşr bildirib.

O əlavə edib ki, 908 ehtimal Miçiqan seçicisi arasında sorğu 24 oktyabr – 1 noyabr 2024-cü il tarixləri arasında aparılıb.