Sorğu: Jordan Bardella – Fransada prezident seçkilərində qələbəyə əsas namizəddirbackend

Sorğu: Jordan Bardella – Fransada prezident seçkilərində qələbəyə əsas namizəddir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada ifrat sağçı “Milli Birlik” Partiyasının lideri Jordan Bardella qarşıdan gələn prezident seçkilərində əsas favoritdir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu nəticə “Toluna Harris Interactive” tədqiqat şirkətinin RTL kanalı üçün keçirdiyi sorğunun yekunlarına əsasən müəyyən olunub.

Məlumata görə, Bardella 2027-ci ildə keçiriləcək prezident seçkilərində “Milli Birlik” fraksiyasının lideri Marin Le Peni əvəz edərsə, birinci turda fransızların 35-36 faizi ona səs verməyə hazır olduğunu bəyan edib.

“Milli Birlik”in rəhbərini Fransa seçicilərinin 23-25 ​​faizinin dəstəyi ilə keçmiş baş nazir Eduard Filipp izləyir.

Üçüncü yerdə 13 faiz ilə ifrat solçu siyasətçi Jan-Lyuk Melenşon qərarlaşıb.

Xatırladaq ki, Le Pen beş il müddətinə seçki hüquqlarından məhrum edilib. O, növbəti prezident seçkilərində namizədliyini irəli sürə bilməyəcək.