Sorğu: Rəyi soruşulan amerikalıların əksəriyyəti Trampın tariflərindən narazıdırbackend

Sorğu: Rəyi soruşulan amerikalıların əksəriyyəti Trampın tariflərindən narazıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika vətəndaşlarının əksəriyyəti hesab edir ki, ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi gömrük rüsumları onların maliyyə vəziyyətinə mənfi təsir edib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu “The Harris Poll” tədqiqat xidmətinin “Bloomberg” agentliyi üçün keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.

Araşdırmaya görə, respondentlərin 56 %-i hesab edir ki, Trampın tarif siyasəti olmasaydı, ailə büdcəsi daha yaxşı olardı. Respondentlərin 52 %-i hesab edir ki, ABŞ hökumətinin vəd etdiyi gələcək faydalar mövcud iqtisadi problemlərə dəyməz. Amerikalıların 69 %-i tariflər nəticəsində qiymətlərin artacağını gözlədiklərini bildirib.

Sorğu mayın 8-10-da keçirilib və 2 000-dən çox amerikalı iştirak edib.