Soros Fondunun Ermənistan filialı beynəlxalq şəbəkədən ayrılırbackend

Soros Fondunun Ermənistan filialı beynəlxalq şəbəkədən ayrılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Soros Fondu kimi tanınan “Açıq cəmiyyət” fondunun Ermənistandakı filialı təşkilatın beynəlxalq şəbəkəsinin bir hissəsi kimi faəliyyətini dayandıracaq.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə fondun yerli filialının mətbuatı xidməti məlumat yayıb.

“2023-cü ildə tamamilə yeni müstəqil yerli struktur yaradılacaq, onun fəaliyyət istiqamətləri və strategiyası daha sonra açıqlanacaq. Yeni strukturun 2025-ci ilə qədər qlobal fond tərəfindən maliyyələşdirilməsi azalacaq”, – deyə məlumatda bildirilib.

Xatırladaq ki, daha əvvəl vəkillər Tiqran Atanesyan və Marqarita Gülümyan birinci instansiya məhkəməsinə təşkilatın Ermənistanda fəaliyyətinin dayandırılması tələbi ilə müraciət etmişdilər. Onlar bu tələblərini fondun ölkənin təhlükəsizliyi əleyhinə fəaliyyət göstərdiyi iddiası ilə əsaslandırmışdılar.