Soros təhlükəli adamdır – Hindistan XİNbackend

Soros təhlükəli adamdır – Hindistan XİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar Avstraliyanın Sidney şəhərində keçirilən konfransdakı çıxışında milyarder Corc Sorosu “təhlükəli adam” adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, hindistanlı nazir bildirib ki, dünyanın demokratiya ilə bağlı müzakirələrə ehtiyacı var.

O, milyarder Corc Sorosu çətin müstəmləkəçilik yolu qət etmiş Hindistanı tanımadığı halda, yanlış şərhlərinə görə sərt tənqid edərək onu “qoca, varlı, təkəbbürlü və təhlükəli” adlandırıb.

Qeyd edək ki, milyarder Soros cümə axşamı Münhen Təhlükəsizlik Konfransı ərəfəsində etdiyi çıxışda Hindistanın Baş naziri Narendra Modinin demokrat olmadığını iddia edib.