Sorosçular Ermənistanda partiya yaradırlarbackend

Sorosçular Ermənistanda partiya yaradırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Dövlət Nəzarəti Xidmətinin keçmiş rəhbəri David Sanasaryan Suveren Ermənistan Partiyası yaradır.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.

Məlumata görə, partiyanın təsis qurultayı 23 apreldə baş tutacaq.

Partiyanın seçkiyə deputat Arman Babacanyanla gedəcəyi güman edilir. Tərəflər arasında bununla bağlı uzun müddətdir danışıqlar aparılır.

Qeyd edək ki, həm Sanasaryan, həm də Babacanyan Ermənistanda sorosçu qanadın nümayəndələri kimi tanınır.