Soruşdu ki, Xankəndi Azərbaycanın nəzarətinə keçsə, mənim otelimin taleyi necə olacaq..?backend

Soruşdu ki, Xankəndi Azərbaycanın nəzarətinə keçsə, mənim otelimin taleyi necə olacaq..?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2000-ci ildə ATƏT-in xətti ilə bir qrup Azərbaycan jurnalisti İrəvanda oldu. Erməni əsarəti altında olan Laçından keçərək Şuşaya və Xankəndinə getdik…

Həmin səfərlə bağlı “Yeni Müsavat”da silsilə yazılarım gedib. O vaxt “Yeni Müsavat” ən radikal qəzeti idi. ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi təmsilçisi Andjey Kaspirşik mənə az qala yalvarırdı ki, görüşlər zamanı aranı qarışdıra biləcək fikirlər səsləndirməyim…

Qarabağda bir gün gecələyəsi olduq. Xankəndində qaldıq. Hotelin sahibi Avstraliyadan gəlmiş bir erməni iş adamı idi. Türkiyə tükcəsində mükəmməl danışırdı. O, məndən soruşdu ki, birdən buralar Azərbaycanın nəzarəti altına keçsə, mənim hotelimin taleyi necə olacaq? Dedim ki, narahat olmayın. Sizin mülkünüzü əlinizdən almazlar. Ancaq Azərbaycan qanunlarına müvafiq şəkildə yaşamalı olacaqsız. Aydın şəkildə gördüm ki, erməni mənim cavabımdan xeyli məmnun qaldı.

Hərdən o erməni iş adamı yadıma düşür. Onun narahatçılıqdan iynə üstündə oturmuş vəziyyətini təsəvvür edirəm. Axı avstraliyalı erməninin Xankəndində nə ölümü vardı.
Bunu niyə yazıram? Hətta uzaq 2000-ci ildə də ermənilərdə belə bir qorxu vardı ki, Azərbaycan Dağlıq Qarabağa nəzarəti yenidən əl keçirə bilər…
Bu günümüzə şükür…

Elbəyi Həsənli, İsveçrədə yaşayan jurnalist