Sosial media fenomeni 68-ci mərtəbədən YIXILIB ÖLDÜbackend

Sosial media fenomeni 68-ci mərtəbədən YIXILIB ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekstremal idmana olan həvəsi ilə tanınan fransız fenomeni Remi Lucidi əvvəllər dəfələrlə etdiyi kimi sosial media üçün Honq-Konqda bir binaya dırmaşıb.

NOCOMMENT.az xəbər verir ki, New York Post-da çıxan xəbərə görə fenomen binanın 68-ci mərtəbəsindən düşüb.

Rəqəmsal dünyada ‘Remi Enigma’ kimi tanınan Lucidinin hadisə yerində öldüyü açıqlanıb.

Honq Konq rəsmilərinin bildirdiyinə görə, Lucidi binaya axşam saat 6 radələrində gəlib. Binaya girmək üçün fenomen asayiş keşikçisinə 40-cı mərtəbədəki dostuna baş çəkdiyini söylədi.

Qəzadan sonra bunun həqiqəti əks etdirmədiyi məlum olub. Sözügedən şəxs polisə verdiyi ifadəsində Lusidi tanımadığını bildirib.