Bu ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 349 min elektron arayış verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NOCOMMENT.az–a verilən məlumata görə, son illər əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə geniş elektronlaşma proqramı çərçivəsində 30-dan çox e-arayış xidməti yaradılıb.
Həmin e-xidmətlər vətəndaşlara iş yeri, əlillik, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan yaradır.