Sosial şəbəkə istifadəçiləri izlənilib: Şirkət təsdiq etdibackend

Sosial şəbəkə istifadəçiləri izlənilib: Şirkət təsdiq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Meta Platforms” (keçmiş “Facebook”) şirkəti istifadəçilərinə qarşı casusluq edən yeddi təşkilatın fəaliyyətini bloklayıb.

NOCOMMENT xəbər verir ki, şirkətin məlumatına görə, casusluq fəaliyyəti ilə məşğul olanlar Çin, Hindistan, İsrail və Şimali Makedoniyada məskunlaşıb.

Qeyd olunur ki, ümumilikdə, 100-dən çox ölkədən 50 minə yaxın istifadəçi həmin fəaliyyətlərdən zərər çəkə bilər.

Casusluqla məşğul olan kampaniyalar jurnalistləri, dissidentləri, avtoritar rejimləri tənqid edənləri, müxalif ailələri və hüquq müdafiəçilərini hədəf alıb.