Sosial şəbəkələrdə 500-700 manata donorluq təklifləri – Hansı fəsadlar ola bilər?backend

Sosial şəbəkələrdə 500-700 manata donorluq təklifləri – Hansı fəsadlar ola bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Follikul donoru olaraq 500-700 manat əldə eldə edə bilərsiniz”.

NOCOMMENT.az Xəzər TV-yə istinadən məlumat verir ki, sosial şəbəkələrdə yüzlərlə bu cür elana rast gəlmək olar. “Instagram” və “TikTok” platformasında “Follikul donorluğu” adlı onlarla səhifə mövcuddur.
İddialara görə, 500-700 manat müqabilində qadınlardan toplanan follikullar yüksək məbləğ qarşılığında övladı olmayan şəxslərə satılır. Yəni, insanın genetik materialı, sözün əsl mənasında, bazar malına çevrilir. Hətta bəzi mama-ginekoloqların bu prosesdə vasitəçi və ya bilavasitə iştirakçı olması iddiaları da var.
Həkim-genetik Zakir Bayramov bildirib ki, tibbi etikaya və insan hüquqlarına zidd olan bu halların nəzarətsiz qalması gələcəkdə daha böyük fəsadlara yol aça bilər.