Sosial şəbəkələrdə məşhurlaşan gəncəli görün kim imişbackend

Sosial şəbəkələrdə məşhurlaşan gəncəli görün kim imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi bizi qətiyyən qorxutmur.

NOCOMMENT bildirir ki, bu fikri TRT Haber-ə açıqlaması ilə son günlərdə sosial şəbəkələrdə fenomen olan Gəncə sakini Taryel Şahverdiyev trend-ə deyib.

O, atılan raket zərbələrinə görə Gəncə şəhər sakinləri arasında da hər hansı təşvişin yaranmadığını, narahatlığın olmadığını söyləyib: “Şəhər sakinləri arasında heç bir qorxu, narahatlıq hissi yoxdur. Hər kəs öz işində-gücündədir. Hər şey qaydasındadır. Allah Ali Baş Komandanımıza can sağlığı, Ordumuza qüvvət versin. Hamımızın ürəyi onların yanındadır. Biz özümüz də bu döyüşlərə böyük məmnuniyyətlə qatılmaq istəyirik”.

Sakinlərin artıq atəş səslərinə öyrəşdiklərini deyən T.Şahverdiyev bildirib ki, raket zərbələri nəticəsində şəhərin infrastrukturuna ziyan dəyib: “Gəncə bazarında, ikinci hissə adlanan ərazidə dağıntılar yaranıb, şəhərə atılan bəzi raketlər isə partlamayıb”.

Qeyd edək ki, Taryel bəy 1991-ci ildə Gəncə şəhər komsomol katibi çalışdığı vaxt və eyni zamanda BDU-nun hüquq tələbəsi olduğu halda ailəsindən xəbərsiz cəbhəyə getmiş və daha sonra Gəncə batalyonunun komandiri olmuşdu.

Daha sonra erməni snayperi tərəfindən yaralanıb. Hətta bir güllə bu gün də Taryel bəyin bədənindədir, əməliyyat riskli olduğu üçün güllə çıxarılmayıb. Artıq 30 ilə yaxındır ki, o, bədənində güllə ilə yaşayır.