Sosial şəbəkələrdə yayılan məlumatların hər biri araşdırılırbackend

Sosial şəbəkələrdə yayılan məlumatların hər biri araşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İcbari tibbi sığorta tətbiq olunmayan rayonlarda xəstəxanaların doluluq faizi 20-30 faiz olub”.

NOCOMMENT.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugün təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı qeyd edib ki, bu xəstəxanalarda pandemiya ilə bağlı doluluq 70-80 faizə çatanda problemlər yaşanır və bu da təbiidir. O bu kimi problemləri aradan qaldırıldığını və bu sahədə işlər davam etdiyini bildirib.

Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov isə əlavə edib ki, xəstəxanalardakı problemlərlə bağlı sosial şəbəkələrdə yayılan məlumatların hər biri araşdırılır və araşdırılacaq.