Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı azalıb.
NOCOMMENT.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı 272 min 300 nəfər olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18 min 500 nəfər və ya 6,4% azdır. 2023-cü ilin əvvəlində Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı 290 min 800 nəfər olub.
Son bir ildə ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı azalsa da, 2022-ci illə müqayisədə 78 min 300 nəfər artıb. Belə ki, 2022-ci ilin əvvəlində Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı 194 min nəfər olub.\\Valyuta.az